İran region ölkələrinə enerji ixracını dayandırmağı təklif etdi

İran region ölkələrinə enerji

İranın parlament sədrinin müavini Həmirezə Hacı-Babayi ölkənin Yaxın Şərqin bütün dövlətlərinə enerji daşıyıcılarının ixracını məhdudlaşdırmalı olduğunu bildirib.

Monetar.az xəbər verir ki, Hacı-Babayi bu barədə İranın SNN telekanalına açıqlamasında danışıb. O, region ölkələrinin enerji məsələsində koordinasiyalı və eyni istiqamətdə hərəkət etməsinin vacib olduğunu vurğulayıb.

İranlı deputatın sözlərinə görə, enerji ixracı ya bütün ölkələrə dayandırılmalı, ya da heç bir ölkəyə qarşı məhdudlaşdırılmamalıdır. O, belə addımın atılmamasının İran üçün iqtisadi zərər yarada biləcəyini bildirib.

Bu açıqlama regionda enerji daşımaları ilə bağlı gərginliyin artdığı bir vaxtda səslənib. Hazırkı vəziyyətdə əsas diqqət dünyanın mühüm enerji marşrutlarından biri olan Hörmüz boğazına yönəlib.

Hacı-Babayinin açıqlaması İranın enerji ixracını siyasi və iqtisadi təzyiq vasitəsi kimi nəzərdən keçirdiyini göstərir. Bunun region ölkələrinin enerji təchizatına və neft bazarına mümkün təsirləri isə vəziyyətin sonrakı inkişafından asılı olacaq.