Çinli alimlər “flash annealing” adlı yeni lazer texnologiyası ilə yüksək enerjili lazer silahları üçün komponentlərin və elektromobillərin batareya soyutma plitələrinin istehsal müddətini saatlarla ölçülən prosesdən cəmi 1 saniyəyə endiriblər.
Science Advances jurnalında dərc olunan araşdırmaya görə yeni üsul materialı saniyələrdə 1000°C-ə qədər qızdırıb dərhal soyudur və ənənəvi istehsala nisbətən 3600 dəfə daha sürətli, 60 % daha ucuzdur.
Mütəxəssislər bildirirlər ki, texnologiya həm lazer silahlarının, həm də elektromobil komponentlərinin kütləvi və sürətli istehsalına imkan yaradaraq qlobal hərbi və sənaye balansına ciddi təsir göstərə bilər. ABŞ bu inkişafı strateji risk kimi dəyərləndirir.
MONETAR.AZ