Statista Consumer Insights-in 2024-2025-ci illər üzrə aparılan sorğusuna əsasən,Niderlandda internet istifadəçilərinin 16 faizi evdə internetə əsasən qonşu və ya ev sahibinin simsiz (WiFi) bağlantısı vasitəsilə çıxır. Bu göstərici digər ölkələrlə müqayisədə ən yüksək səviyyədədir.
Meksikada bu rəqəm 13 faiz, Fransada 8 faiz, Almaniyada isə 7 faiz təşkil edib. Cənubi Afrika və Cənubi Koreyada respondentlərin 5 faizi qonşuların WiFi şəbəkəsindən yararlanır. ABŞ və Böyük Britaniyada isə bu göstərici müvafiq olaraq 4 və 3 faizdir.
Sorğuda iştirak edən şəxslərin yaşı 18-64 arasında dəyişib, ölkələr üzrə respondent sayı 1200-dən 9000-ə qədər olub.
Məlumatlara əsasən, Niderlandda şifrəli WiFi şəbəkəsinə qanunsuz daxil olmaq cinayət hesab olunmasa da digər ölkələrdə belə hərəkətlər məsuliyyətə səbəb olur. Lakin komputerlərə qanunsuz giriş hər yerdə qanun pozuntusu sayılır.
Monetar.az