Bakıda 30 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək

Bakıda 30 avtobus marşrutunun

3 may tarixində keçiriləcək Bakı Marafonu 2026 ilə əlaqədar paytaxtda bir sıra avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məhdudiyyətlər aşağıdakı marşrutları əhatə edəcək: 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, həmçinin E1, H1 və M8 xətləri.

Əsas dəyişikliklər:

  • №1 (Neftçilər metro stansiyası istiqaməti) və H1 (Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqaməti) marşrutları Azadlıq prospekti – Füzuli küçəsi – Rəşid Behbudov küçəsi – Süleyman Rəhimov küçəsi – Xətai prospekti – Heydər Əliyev prospekti üzrə hərəkət edəcək.
  • №2 marşrutu Rəşid Behbudov, Süleyman Rəhimov, Xətai prospekti, Əhməd bəy Ağaoğlu, Təbriz və Əhməd Rəcəbli küçələri ilə təşkil olunacaq.
  • №4, 10 və 88A marşrutları Dilarə Əliyeva və 28 May küçələrində (Səməd Vurğun parkı ətrafı) fəaliyyətini qismən davam etdirəcək və “Ağ şəhər” istiqamətinə daxil olmayacaq.
  • №7A, 7B, 11, 24, 71 və 93 marşrutları Ziya Bünyadov prospektinin əsas hissəsi (ötürücü körpü) ilə hərəkət edəcək.
  • №13 və M8 marşrutları Heydər Əliyev prospektinin əsas hissəsi üzrə fəaliyyət göstərəcək.
  • №20, 21, 30, 32, 46, 49, 72, 120 və 120E marşrutlarının son dayanacağı Xocalı prospekti (Xətai metro stansiyası) olacaq. Bu marşrutlar 28 May metro stansiyası və “Sədərək” Ticarət Mərkəzinə daxil olmayacaq.
  • №36, 145 və 184 marşrutları Heydər Əliyev prospektinin yan yolu ilə hərəkət edərək Koroğlu metro stansiyası yaxınlığında sonlanacaq.
  • №38 marşrutu Səməd Vurğun küçəsindən başlayaraq Ağaq Nemətulla küçəsində bitəcək və Keşlə qəsəbəsinə daxil olmayacaq.
  • №125 (28 May istiqaməti) Rəşid Behbudov – Şəmsi Bədəlbəyli – Azadlıq prospekti üzrə hərəkət edəcək.
  • №177 marşrutu Bilgəh–Pirşağı yoluna qədər (Lağic bağları ərazisi) fəaliyyət göstərəcək.
  • E1 marşrutu Rəşid Behbudov – Süleyman Rəhimov – Xətai prospekti – Heydər Əliyev prospekti üzrə təşkil olunacaq.

Sərnişinlərə tövsiyə olunur ki, səfərlərini əvvəlcədən planlaşdırsınlar və qeyd olunan dəyişiklikləri nəzərə alsınlar.