Naxçıvanda bir sıra mühüm avtomobil yollarının təmiri ilə bağlı tender elan edilib.
Məlumata görə, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Culfa Gömrük postuna aparan avtomobil yolunun, Şahbuz rayonunda Batabat gölü və Zor bulağı ətrafındakı avtomobil yollarının, eləcə də Şahbuz və Ordubad şəhərlərinin daxili yollarının təmiri üzrə satınalma müsabiqəsi elan olunub.
Müsabiqənin ehtimal olunan dəyəri 21 milyon 939 min 565,36 manat təşkil edir.
Satınalma üzrə təkliflərin qəbulu 31 iyul 2026-cı il saat 17:00-da başa çatacaq. Təklif zərflərinin açılışı da həmin tarix və saatda həyata keçiriləcək.
Müsabiqə avtomobil yolları və yol tikintisi işlərini əhatə edən 72141000 təsnifat kodu üzrə keçirilir. Tender 16 iyun 2026-cı il tarixində dərc olunub.