Yüksəksürətli dəmir yolu: Çin dünyanı üstələyir 

Yüksəksürətli dəmir yolu:

Dünyada yüksək sürətli dəmir yolu (HSR) şəbəkəsi üzrə ölkələr arasında ciddi fərqlər müşahidə olunur.

Beynəlxalq dəmir yolu statistikalarına əsasən, Çin 4 493 km uzunluğunda yüksək sürətli dəmir yolu şəbəkəsi ilə dünya üzrə açıq liderdir. Bu göstərici digər bütün ölkələrin ümumi şəbəkəsini belə üstələyir.

Avropada liderlik İspaniyaya məxsusdur. Ölkədə yüksək sürətli dəmir yolu xətlərinin ümumi uzunluğu 3 993 km təşkil edir. Siyahıda Yaponiya 3 146 km, Fransa isə 2 735 km ilə növbəti yerlərdə qərarlaşıb.

Məlumata görə, Almaniya 1631 km, Türkiyə 1232 km, Finlandiya 1120 km, İtaliya 921 km, İsveç 895 km və Cənubi Koreya 873 km ilə ilk onluğa daxil olan ölkələr sırasındadır. ABŞ-da isə bu göstərici 735 km səviyyəsindədir.

Afrika qitəsində yüksək sürətli dəmir yolu şəbəkəsi yalnız Mərakeşdə mövcuddur və 186 km təşkil edir. Böyük Britaniya, Niderland və digər Avropa ölkələrində isə nisbətən daha kiçik şəbəkələr fəaliyyət göstərir.

Ekspertlər bildirirlər ki, yüksək sürətli dəmir yolu son 20 ildə bir çox ölkədə nəqliyyat strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. Bu infrastruktur həm daxili əlaqələrin sürətləndirilməsi, həm də qısa məsafəli aviareyslərin azaldılması baxımından əhəmiyyət daşıyır.

Qeyd olunur ki, Asiya və Avropa ölkələri bu sahədə investisiyalarda liderliyi qoruyur, Amerika qitəsi və Afrika isə nisbətən geridə qalır.

MONETAR.AZ