Tesla şirkəti mart ayında Cənubi Koreya bazarında 11 134 avtomobil qeydiyyatdan keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 330% artım deməkdir. Bu barədə Carisyou tədqiqat şirkəti məlumat yayıb.
Artımın əsas səbəblərindən biri Tesla tərəfindən Model Y və Model 3 modellərinin Çin istehsalı olan versiyalarında qiymətlərin aşağı salınması olub.
Bu addım ölkədə elektrik avtomobil istehsalçıları arasında qiymət rəqabətini daha da gücləndirib.
MONETAR.AZ