OECD-nin 2025-ci il “Pensions at a Glance” hesabatına görə üzv ölkələr son iki ildə pensiya sistemlərində islahatlar həyata keçiriblər. 2024-cü ildə OECD ölkələrində kişilər üçün orta normal təqaüd yaşı 64,7 yaş olub. Normal təqaüd yaşı tam iş həyatına 22 yaşında başlayan şəxslərin bütün pensiya komponentlərindən cəriməsiz istifadə edə biləcəyi yaş kimi müəyyən edilir.
OECD ölkələrində normal təqaüd yaşı 62 ilə 67 yaş arasında dəyişir. Ən aşağı yaş Yunanıstan, Lüksemburq və Sloveniya üçün 62, ən yüksək yaş isə Avstraliya, Danimarka, İslandiya, Niderland, Norveç və İsrail üçün 67 yaşdır. Türkiyə isə 52 yaşla istisna təşkil edir.
Gələcəkdə isə 38 üzv ölkədən 19-da təqaüd yaşının artırılması gözlənilir. Məsələn, Danimarkada 2024-cü ildə tam iş həyatına 22 yaşında başlayan kişi 74 yaşında təqaüdə çıxa bilər. Bu, təqaüd yaşının orta ömür müddəti ilə əlaqələndirilməsi ilə bağlıdır. Lakin Danimarka parlamenti 2040-cı ildən etibarən təqaüd yaşını 70-ə qaldırmağı təsdiqlədiyi üçün, gələcəkdə bu göstəricinin 74-dən aşağı ola biləcəyi ehtimal olunur.
Estoniyada təqaüd yaşı 71-ə, Niderland, İsveç və İtaliyada isə 70-ə yüksələcək. Ümumilikdə, qanuniləşdirilmiş tədbirlərə əsasən, 2024-cü ildə əmək bazarına daxil olan kişilər üçün OECD-də orta təqaüd yaşı təxminən iki il artırılaraq 66,4 yaşa çatacaq.
Monetar.az