Azərbaycana gündə 9 mindən çox adam təyyarə ilə gəlir

Azərbaycana gündə 9 mindən çox adam

2025-ci ilin yanvar–iyun ayları ərzində hava yolu ilə ölkəyə 12 322 reys vasitəsilə 1 milyon 658 min 738 sərnişin daxil olub. Eyni dövrdə ölkədən 12 331 reys ilə 1 milyon 597 min 9 sərnişin yola salınıb. Bu barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin mediaturu zamanı məlumat verilib.

Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli bildirib ki, bu dövr ərzində daşınan baqajın həcmi də yüksək olub: ölkəyə daxil olan sərnişinlərlə birlikdə 1 milyon 305 min 239 baqaj, ölkədən gedən sərnişinlərlə isə 1 milyon 177 min 893 baqaj daşınıb.

Hesablamalara görə gündəlik orta göstəricilər belə olub:

  • Ölkəyə daxil olan sərnişinlər: təxminən 9 167 nəfər/gün

  • Ölkədən gedən sərnişinlər: təxminən 8 823 nəfər/gün

  • Gündəlik reys sayı: 68 reys/gün

  • Gündəlik baqaj sayı: ölkəyə gətirilən - 7 213, ölkədən çıxarılan - 6 510