Aylıq gəlirin neçə faizi ipoteka üçün ayrılır? Ən son statistik göstəricilər

Aylıq gəlirin neçə faizi ipoteka üçün ayrılır?

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditləri üzrə borcalanların Ödəniş Qabiliyyəti Əmsalının (PTI - Payment-to-Income) müqayisəli bölgüsü açıqlanıb. Bu əmsal annuitet aylıq gəlirə nisbətini (manatla) göstərir və borcalanın aylıq kredit ödənişlərinin onun aylıq məcmu gəlirinin hansı hissəsini təşkil etdiyini müəyyən edir.

Məlumata əsasən, ən böyük pay 21-30% PTI intervalı üzrə müşahidə olunur. Bu kateqoriyaya daxil olan borcalanlar ümumi kütlənin 29,6 faizini təşkil edir. 

Digər əsas göstəricilər aşağıdakı kimidir:

  • 11–20% PTI – 25,8%

  • 31–40% PTI – 20,4%

  • 41–50% PTI – 11,6%

  • 51–60% PTI – 5%

  • 61–70% PTI – 1,9%

  • 0–10% PTI – 6%

  • 70%-dən yuxarı PTI – 0,1%

Rəqəmlər göstərir ki, yüksək risk qrupunda (PTI 70%-dən çox olanlar) olan vətəndaşların payı son dərəcə aşağıdır – cəmi 0,1%. Bu isə ipoteka portfelinin ümumi sağlamlığını və kreditlərin məsuliyyətli şəkildə verildiyini təsdiqləyir.

Ümumilikdə, göstəricilər əhalinin böyük hissəsinin gəlirləri ilə müqayisədə ipoteka yükünün idarəolunan səviyyədə olduğunu göstərir. İpoteka kreditlərinin davamlı şəkildə artması fonunda PTI paylanması kredit risklərinin adekvat şəkildə tənzimləndiyini ortaya qoyur.

MONETAR.AZ