Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri azalıb

Azərbaycan vətəndaşlarının

2025-ci ilin yanvar–oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalaraq 1 milyon 774,9 min nəfər olub.

Səfərlərin istiqaməti üzrə bölgü belədir: vətəndaşların 42 faizi Türkiyəyə, 14,6 faizi Rusiya Federasiyasına, 10,8 faizi Gürcüstana, 9,2 faizi İrana, 23,4 faizi isə digər ölkələrə səfər edib. Gedənlərin 63,7 faizini kişilər, 36,3 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstana gedənlərin sayı 22,1 faiz, İrana gedənlərin sayı 4,3 faiz artıb. Rusiya Federasiyasına səfərlər 31,2 faiz, Türkiyəyə səfərlər isə 1,8 faiz azalıb.

2025-ci ildə Azərbaycan vətəndaşlarının xarici səfərlərdə istifadə etdiyi nəqliyyat vasitələri arasında hava nəqliyyatı üstünlük təşkil edib. Belə ki, səyahət edənlərin 70,3 faizi hava nəqliyyatından, 27,8 faizi dəmir yolu və avtomobil nəqliyyatından, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

MONETAR.AZ