İpoteka ilə ən çox 60-90 min manatlıq mənzillər alınıb

İpoteka ilə ən çox  60-90 min manatlıq

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka predmeti kimi götürülən mənzillərin qiymət bölgüsünü açıqlayıb.

Məlumatlara görə portfeldə ən böyük payı 60 000 – 90 000 manat dəyərində olan mənzillər təşkil edir. Bu kateqoriyadakı mənzillərin ümumi sayı17 327 olub.

İkinci yerdə 30 000 – 60 000 manat aralığında qiymətləndirilən mənzillər gəlir və onların sayı 15487-dir.

Ən yüksək qiymət kateqoriyası olan 120 000 manatdan yuxarı dəyərdəki mənzillər isə 14 200 olub.

90 000 – 120 000 manat arası mənzillərin sayı 8268, 30 000 manatdan aşağı qiymətə malik mənzillərin sayı isə  634 təşkil edir.

MONETAR.AZ