Türkiyə uşaqların sosial şəbəkələrə məhdudiyyətini müzakirə edəcək

Türkiyə uşaqların sosial şəbəkələrə məhdudiyyətini

Türkiyə parlamenti 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə çıxışın məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə başlayıb. Təşəbbüs platformalara yaşın yoxlanılması sistemlərinin tətbiqini, valideyn nəzarəti alətlərinin təqdim olunmasını və zərərli hesab edilən məzmunla bağlı operativ reaksiya verməyi məcburi edir.

Associated Press agentliyinin məlumatına görə, onlayn oyunlarla məşğul olan şirkətlər də yeni qaydalara əməl olunmasını təmin etmək üçün Türkiyədə rəsmi nümayəndə təyin etməli olacaqlar. Mümkün sanksiyalar sırasında platformalar üçün internet ötürmə qabiliyyətinin məhdudlaşdırılması və cərimələr yer alır.

Türkiyə hökuməti hesab edir ki, bu təklif onlayn mühitdə mövcud olan müxtəlif təhlükə və zərərli məzmunlardan qaynaqlanan riskləri azaltmağa, eləcə də uşaqların məxfiliyini qorumağa yönəlib.

Oxşar məhdudiyyət 16 yaşdan kiçik uşaqlar üçün ötən ilin dekabrından etibarən Avstraliyada qüvvədədir. Bu ilin mart ayında isə analoji təşəbbüslər İndoneziyaBraziliyada qəbul olunub, həmçinin İspaniya, Fransa və Böyük Britaniyada da müzakirə olunur.

MONETAR.AZ