Bəhreyndə bu xidmətin fəaliyyəti dron hücumu səbəbilə pozulub

Bəhreyndə bu xidmətin fəaliyyəti dron hücumu

ABŞ və İsrailin İrana qarşı apardığı müharibə fonunda bölgədə dron aktivliyinin artması səbəbindən Amazon Web Services-in (AWS) Bəhreyndəki regionunda fəaliyyət pozulub. Bu barədə bazar ertəsi Reuters аgentliyi məlumat yayıb.

Amazon nümayəndəsinin sözlərinə istinadən bildirilir ki, şirkət müştərilərin alternativ AWS regionlarına keçməsinə kömək edir və yaranmış nasazlığın aradan qaldırılması üzərində işləyir.

Zərərin miqyası və fasilənin nə qədər davam edəcəyi ilə bağlı əlavə məlumatlar hələ açıqlanmayıb.

Qeyd edək ki, bu, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından sonra Bəhreyndə AWS regionuna təsir edən ikinci hadisədir. Daha əvvəl, mart ayında AWS Bəhreyn və BƏƏ-də yerləşən obyektlərdə elektrik təchizatında fasilələrin yarandığını və xidmətlərin bərpası istiqamətində iş aparıldığını bildirmişdi.

MONETAR.AZ