iPhone 18 Pro modellərinin xüsusiyyətləri açıqlanıb

iPhone 18 Pro modellərinin

iPhone 18 Pro və iPhone 18 Pro Max smartfonlarının tanış dizayna, dəyişən diafraqmalı kameraya və daha böyük batareyaya sahib olacağı gözlənilir. Bu barədə PhoneArena nəşri insayder məlumatlarına əsasən məlumat yayıb.

Jurnalistlər bildirirlər ki, yeni flaqman modellərin əsas yeniliklərindən biri Dynamic Island ekran kəsiyinin daha kiçik olmasıdır. Bundan əlavə, cihazlar Apple tarixində ən güclü smartfon prosessorlarından biri hesab olunan A20 Pro çipi ilə təchiz olunacaq.

Sızan məlumatlara görə, yeni modellər dəyişən diafraqmalı kamera ilə təqdim ediləcək. Bu texnologiya sensora daxil olan işıq miqdarını tənzimləməyə, çəkiliş prosesini daha dəqiq idarə etməyə və dərinlik effektini daha yaxşı qurmağa imkan verəcək.

Cihazlarda həmçinin Apple tərəfindən hazırlanmış C2 modem istifadə ediləcək. Jurnalistlərin sözlərinə görə, Apple-ın öz modemləri daha səmərəlidir və bu da batareyanın daha uzun işləmə müddətinə kömək edir.

Yeni modellərin 5200 mAh-dan başlayan daha böyük batareya tutumu ilə gələcəyi də bildirilir.

iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin sentyabr ayında təqdim ediləcəyi gözlənilir. Seriyanın baza modeli olan iPhone 18 isə 2027-ci ilin əvvəlində nümayiş etdirilə bilər.

Bundan əvvəl isə internetdə iPhone 17e adlı daha münasib qiymətli modelin ilk icmalları yayımlanmışdı. Texnologiya nəşrləri cihazda A19 prosessoru, C1X modem, MagSafe dəstəyi və baza versiyada 256 GB daxili yaddaş olduğunu qeyd ediblər.

MONETAR.AZ