İnternetə mobil qurğularla çıxış

İnternetə mobil qurğularla çıxış

Son onillikdə mobil qurğular internetə çıxışın əsas vasitəsinə çevrilib. Statistik məlumatlara görə, 2010-cu ildə qlobal veb-trafikin cəmi 3 faizi mobil cihazların payına düşürdüsə, bu göstərici 2017-ci ildə 50 faizə çatıb. Son illərdə isə mobil internet trafiki ümumi veb-trafikin təxminən 60 faizini təşkil edir. 2025-ci ildə bu göstərici orta hesabla 58,5 faiz olub.

Araşdırmalara əsasən, mobil trafikin sürətlə artması bir neçə amillə bağlıdır. Bunlara daha əlçatan qiymətə smartfonların yayılması, sosial şəbəkələr və elektron ticarət kimi mobil yönümlü platformaların genişlənməsi, həmçinin 5G kimi daha sürətli mobil şəbəkələrin tətbiqi daxildir.

Xüsusilə Asiya və Afrikanın bir çox bölgələrində mobil qurğular insanların internetə çıxışı üçün əsas, bəzən isə yeganə vasitə hesab olunur. Bu isə rəqəmsal bərabərsizliyin azalmasına, insanların ünsiyyət, ticarət və iqtisadi fəaliyyət imkanlarının genişlənməsinə töhfə verir.

MONETAR.AZ