Vladimir Putin ilə İlham Əliyev arasında telefon danışığı baş tutub. Rusiya və Azərbaycan liderləri iki ölkə arasında əməkdaşlığın inkişafını müzakirə edib, həmçinin Yaxın Şərqdə vəziyyətin tezliklə normallaşmasının vacibliyini vurğulayıblar.
Kremlin yaydığı məlumata görə, danışıq zamanı ikitərəfli gündəliyin bir sıra aktual məsələləri nəzərdən keçirilib. Tərəflər Rusiya-Azərbaycan əməkdaşlığının strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri əsasında daha da inkişaf etdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Vladimir Putin həmçinin İlham Əliyevə Rusiyanın vətəndaşlarının İrandan təxliyəsinin təşkilində göstərilən effektiv dəstəyə görə təşəkkür edib. Bundan əlavə, Azərbaycan ərazisi vasitəsilə Rusiyadan İran xalqına göndərilən humanitar yardımın çatdırılmasına yaradılan şəraitə görə də minnətdarlıq ifadə olunub.
MONETAR.AZ