Avropa İttifaqının aparıcı iqtisadiyyatında neft çatışmazlığı yaranıb

Avropa İttifaqının aparıcı iqtisadiyyatında

Almaniya hakimiyyəti strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaq qərarına gəlib. Bu barədə RİA Novosti xəbər agentliyi DPA-ya istinadən məlumat yayıb.

Qərarın qəbul edilməsinə səbəb Yaxın Şərqdə baş verən hadisələr fonunda yanacaq qiymətlərinin kəskin artması olub.

Öz növbəsində, Handelsblatt nəşri Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxeyə istinadən bildirib ki, neft ehtiyatlarının bazara buraxılması təşəbbüsü Beynəlxalq Enerji Agentliyi tərəfindən irəli sürülüb. Agentlik üzv ölkələri bazara 400 milyon barelədək xam neft çıxarmağa çağırıb. Bu təklif təsdiqlənərsə, Almaniyanın ehtiyatlarından təxminən 18 milyon barel neft – yəni ümumi strateji ehtiyatın beşdə biri çıxarılacaq.

Bundan əvvəl Yaponiyanın baş naziri Sanae Takaichi də ölkənin milli strateji neft ehtiyatlarının istifadəyə veriləcəyini açıqlayıb. Tokio bu addımı Fars körfəzindəki vəziyyət və Hörmüz boğazı vasitəsilə enerji daşıyıcılarının daşınmasında yaranan çətinliklər səbəbindən atmağa məcbur qalıb.

MONETAR.AZ