ABŞ Energetika Nazirliyi 2026-cı ildə neftinin qiymətinə proqnoz verib

ABŞ Energetika Nazirliyi 2026-cı ildə

ABŞ-ın ABŞ Energetika Nazirliyi 2026-cı ildə Brent nefti markalı neftin orta qiyməti üzrə proqnozunu yüksəldib. Yeni qiymətləndirməyə əsasən, gələn il Brent neftinin bir barelinin orta qiymətinin 78,8 dollar olacağı gözlənilir. Əvvəlki proqnozda bu göstərici 57,69 dollar səviyyəsində nəzərdə tutulurdu.

Nazirliyin aylıq hesabatında qeyd olunur ki, hazırda qlobal neft bazarı üçün əsas risklərdən biri Hörmüz boğazının uzunmüddətli blokadası ehtimalıdır. Bildirilir ki, dünya üzrə neft tədarükünün təxminən 20 faizi məhz bu strateji marşrut vasitəsilə həyata keçirilir.

Ekspertlərin fikrincə, regionda geosiyasi gərginliyin artması və enerji daşımaları üçün vacib marşrutların təhlükəsizliyi qlobal enerji bazarlarında qiymətlərin formalaşmasına ciddi təsir göstərə bilər.

MONETAR.AZ