Saudi Aramco şirkətinin baş direktoru Amin Nasser bildirib ki, əgər Hörmüz boğazının İran tərəfindən blokadası davam edərsə, qlobal neft bazarı ciddi və fəlakətli nəticələrlə üzləşə bilər. Onun sözlərini Reuters agentliyi yayıb.
Nasser vurğulayıb ki, dünya üzrə neft ehtiyatları artıq son beş ilin ən aşağı səviyyəsindədir və yaranan böhran bu ehtiyatların daha da sürətlə azalmasına səbəb ola bilər.
Onun sözlərinə görə, Hörmüz boğazının blokadası artıq dəniz nəqliyyatı və sığorta sektorlarında problemlər yaradıb. Bundan əlavə, vəziyyət aviaşirkətlər, kənd təsərrüfatı, avtomobil sənayesi və digər sahələrdə “domino effekti” yarada bilər.
Hörmüz boğazı dünya enerji ticarətində strateji marşrutlardan biri hesab olunur və qlobal neft daşımalarının böyük hissəsi məhz bu keçiddən həyata keçirilir. Buna görə də bu bölgədəki hər hansı uzunmüddətli blokada qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.
MONETAR.AZ