Avropada qazın qiyməti bir min kub metr üçün 800 dollar səviyyəsinə çatıb – bu, 2023-cü ilin yanvarından bəri maksimum göstəricidir. Qiymətlərin artmasına səbəb Orta Şərqdəki silahlı gərginlik, neft qiymətlərinin artması və enerji infrastrukturuna risklərdir.
Avropa Komissiyasınin məlumatına görə, regionun yeraltı qaz anbarları təxminən 60 % doludur və qış mövsümündə defisit gözlənilmir. Lakin bazar daha çox gələcək tədarük risklərinə reaksiya verir. Orta Şərqdə infrastruktur zərbələrindən sonra və Hörmüz boğazının faktiki bağlanması səbəbindən bir neçə ölkə neft və qaz hasilatını azaldıb:
- Saudi Aramco bəzi yataqlarda hasilatı azaldıb.
- Qətər LNG üzrə fövqəladə hallar elan edib.
- İraqın cənubunda hasilat logistika səbəbindən təxminən 70% azalıb.
Bu vəziyyət qlobal LNG təklifinin azalması deməkdir. Hörmüz boğazı dünya neft ticarətinin təxminən 20%-ni və Qətərdən LNG tədarükünün böyük hissəsini keçirir. Əgər konflikt uzansa, Avropa LNG üçün Asiya ilə rəqabət aparmalı olacaq və bu, qaz qiymətlərinin artmasına səbəb olacaq.
Əsas ssenaridə, əgər döyüşlər genişlənməsə Avropada qazın qiyməti yaxın aylarda 750–900 dollar/m³ aralığında qalacaq. Uzunmüddətli tədarük məhdudiyyətində isə qiymətlər qısa müddətdə 1000–1100 dollara yüksələ bilər.
Cari vəziyyətin əsas benefisiarları qaz tədarükçüləridir, xüsusilə ABŞ-ın LNG ixracatçıları və Norveç istehsalçıları. NOVATEK və Gazprom isə neft qiymətlərinə bağlı daha yüksək dəyərli uzunmüddətli müqavilələr bağlaya bilərlər.
MONETAR.AZ