“İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən çağrı mərkəzi xidmətlərinin avtomatlaşdırılması və süni intellekt əsaslı platformanın qurulması ilə bağlı elan olunan tenderin qalibi müəyyən edilib.
Məlumata görə, müsabiqənin qalibi “Brain Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətin təqdim etdiyi təklifin dəyəri 979 400 manat təşkil edir.
Tender “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən çağrı mərkəzi xidmətlərinin avtomatlaşdırılması, süni intellekt əsaslı səsli agent və zənglərin süni intellekt əsaslı təhlili platformasının qurulması və tətbiqi üzrə xidmətlərin satın alınmasını nəzərdə tutur. Müsabiqənin ehtimal olunan qiyməti 1 200 001 manat olaraq müəyyən edilmişdi.
Satınalma üzrə tender 2026/AT/00011/V2 nömrəsi ilə elan olunub. Müsabiqə 2 fevral 2026-cı il tarixində dərc edilib, təkliflərin qəbulu isə 12 fevral 2026-cı il saat 12:00-da başa çatıb. Zərflərin açılışı da həmin gün həyata keçirilib.
Layihə çərçivəsində çağrı mərkəzlərinin fəaliyyətinin avtomatlaşdırılması, süni intellekt əsasında işləyən səsli agent sisteminin qurulması və daxil olan zənglərin analitik təhlilini həyata keçirən platformanın tətbiqi nəzərdə tutulur.
MONETAR.AZ