Regional Su Meliorasiya Xidmətində rəqabətin pozulması ehtimal olunur

Regional Su Meliorasiya Xidmətində

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması ehtimalı ilə bağlı araşdırma aparır.

 Antiinhisar Dövlət Agentliyinin məlumatına görə araşdırmaya rəqabət orqanının öz təşəbbüsü əsasında başlanılıb.

Araşdırmanın predmeti Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlıdır. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər fəaliyyətlərinin nəticələrinə dair maliyyə hesabatlarını müəyyən edilmiş qaydada və vaxtında rəqabət orqanına təqdim etməlidirlər.

MONETAR.AZ