2026-cı ildə dünyanın ən dəyərli brendləri

2026-cı ildə dünyanın

Qlobal brendlərin dəyərini qiymətləndirən “Brand Finance” şirkətinin hesabatına əsasən, 2026-cı ildə dünyanın ən dəyərli brendi yenə də Apple olub. Şirkətin brend dəyəri 608 milyard dollar qiymətləndirilir.

Reytinqə görə, ikinci yerdə 565 milyard dollar brend dəyəri ilə Microsoft, üçüncü yerdə isə 433 milyard dollarla Google qərarlaşıb.

Araşdırmaya əsasən, texnologiya şirkətləri qlobal brend reytinqində üstünlük təşkil edir. İlk üç şirkətin ümumi brend dəyəri 1,6 trilyon dollardan çoxdur.

İlk beşliyə daxil olan digər şirkətlər isə 370 milyard dollar brend dəyəri ilə Amazon və 184 milyard dollarla Nvidia olub. Xüsusilə Nvidia şirkətinin son illərdə süni intellekt texnologiyalarına tələbatın artması fonunda reytinqdə sürətlə yüksəldiyi qeyd olunur.

2026-cı il üzrə ən dəyərli brendlərin ilk onluğu belə sıralanır:

  1. Apple – 608 milyard dollar
  2. Microsoft – 565 milyard dollar
  3. Google – 433 milyard dollar
  4. Amazon – 370 milyard dollar
  5. Nvidia – 184 milyard dollar
  6. TikTok – 154 milyard dollar
  7. Walmart – 141 milyard dollar
  8. Samsunq – 119 milyard dollar
  9. Facebook – 107 milyard dollar
  10. Çinin Dövlət Şəbəkəsi – 102 milyard dollar

Hesabatda qeyd olunur ki, süni intellekt, rəqəmsal platformalar və yarımkeçirici texnologiyalar qlobal brend dəyərlərinin artımında əsas rol oynayır.

Reytinqdə Çin şirkətləri də güclü mövqe tutur. Məsələn, TikTok 154 milyard dollar brend dəyəri ilə dünyada altıncı yerdə qərarlaşıb. Bundan əlavə, Çin Sənaye və Ticarət Bankı və Çin Tikinti Bankı kimi iri maliyyə qurumları da ən dəyərli brendlər siyahısında yer alır.

Ekspertlərin fikrincə, texnologiya, maliyyə və pərakəndə satış sektorları yaxın illərdə də qlobal brend bazarında əsas mövqelərini qoruyacaq.

MONETAR.AZ