2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri proqnozları üstələyərək 6, 312 milyard manat təşkil edib. Bu göstərici proqnozdan 58,3 milyon manat və ya 0,9 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 3 002,0 milyon manat təşkil edərək proqnozdan 79,5 milyon manat və ya 2.7 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 0.3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 9,8 milyon manat təşkil edərək proqnozdan 0,9 milyon manat və ya 10.2 faiz, sair daxilolmalar 63,4 milyon manat təşkil edərək proqnozdan 15,7 milyon manat və ya 32.9 faiz çox, Dövlət Neft Fondundan transfert isə 2 140,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
MONETAR.AZ