ABŞ Müdafiə Nazirliyinin məlumatına görə Amerika ordusu İrana qarşı əməliyyatların ilk iki günündə təxminən 5,6 milyard dollar dəyərində silah və sursat istifadə edib.
Xəbərdə bildirilir ki, bu xərclər ABŞ Konqresinə təqdim olunub və yüksək maliyyət Konqresdə narahatlığa səbəb ola bilər. Əgər administrasiya əməliyyatlar üçün əlavə büdcə tələb etsə, müzakirələr daha da intensivləşəcək.
Rəsmi şəxslər hansı silahlardan istifadə edildiyi barədə ətraflı məlumat verməsələr də, əməliyyatlarda çoxsaylı inkişaf etmiş silah və sursatdan qısa müddətdə geniş istifadə olunduğu bildirilir.
ABŞ Prezidenti Donald Tramp və ABŞ Müdafiə Naziri Pit Heqset isə ordunun sursat çatışmazlığı yaşamadığını və əməliyyatları istədikləri qədər davam etdirə biləcəklərini açıqlayıblar.
MONETAR.AZ