Azərbaycanda orta aylıq əməkhaqqı 1 173 manata çatıb

Azərbaycanda orta aylıq əməkhaqqı

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 173 manat təşkil edib.

Monetar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 % artıb.

Ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.