Bu gündən etibarən Azərbaycanda ov mövsümü açıq elan olunub

Bu gündən etibarən Azərbaycanda ov mövsümü

Azərbaycanda 2026–2027-ci illər üzrə ov mövsümü oktyabrın 10-dan etibarən açıq elan edilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq, mövsüm çərçivəsində vəhşi quşların və heyvanların ovlanma müddətləri, eləcə də ov normaları təsdiqlənib.

Ovçular müəyyən edilmiş müddət və normalara, həmçinin ovla bağlı digər qanunvericilik tələblərinə əməl etməlidirlər.

Ov icazələrinin alınması və ov qaydaları barədə ətraflı məlumat əldə etmək istəyən vətəndaşlar aidiyyəti Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müraciət edə bilərlər.