Azərbaycanda dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və kadr potensialının gücləndirilməsi məqsədilə regionlarda dövlət qulluqçuları üçün növbəti təlimlərə start verilib. Dövlət İmtahan Mərkəzinin (DİM) əsas icraçı qurum olduğu bu layihə ölkə rəhbərliyinin müəyyən etdiyi strateji kursa uyğun olaraq həyata keçirilir.
Bu genişmiqyaslı layihə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində reallaşdırılır. Strategiyanın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək.
2026-cı ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən, bütün regionlardakı dövlət qulluqçularının bu təlimlərə cəlb olunması planlaşdırılır.
Layihənin cari mərhələsi çərçivəsində 9 iyun 2026-cı il tarixindən başlayan təlimlər 12 iyun 2026-cı il tarixinədək şimal bölgəsinin dörd əsas rayonunda təşkil olunacaq:
1.Quba, Qusar, Xaçmaz və Şabran mərhələsi:9-12 iyun 2026.
Dövlət İmtahan Mərkəzinin peşəkar əməkdaşları və ekspertləri tərəfindən idarə olunan dərslərdə dövlət qulluqçularının həm funksional, həm də psixoloji hazırlığını artırmağa yönəlmiş üç mühüm mövzu tədris olunur:
“Ünsiyyət bacarıqlarının inkişafı: ”Vətəndaşlarla dialoqun düzgün qurulması, rəsmi və qeyri-rəsmi kommunikasiya.Vətəndaş məmnuniyyətinin artırılması və bürokratik maneələrin minimuma enməsi.
"Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi”: Kadr siyasəti, vakansiyaların şəffaf daxili və xarici idarəolunması prinsipləri.Dövlət orqanlarında meritorokratiya (layəqət) prinsipinin güclənməsi.
“Cəmiyyətə xidmət psixologiyası: ”Xidmət etikası, vəzifə öhdəliklərinə loyallıq və psixoloji dözümlülük.İş keyfiyyətinin yüksəlməsi və "tükənmə" (burnout) sindromunun qarşısının alınması.
Təlimlər mühazirə formatından uzaq, tamamilə interaktiv şəkildə qurulub. Təlimçilər tərəfindən mövzular ətrafında real Keyslər (hadisələr) təqdim olunub, iştirakçılarla müzakirələr aparılıb və dövlət qulluqçularını maraqlandıran hüquqi-praktiki suallar ətraflı cavablandırılıb.
DİM-dən verilən məlumata görə, dövlət qulluğunda idarəetmə standartlarının müasirləşdirilməsinə xidmət edən bu regional seminarlar 2026-cı ilin sonuna qədər ölkənin bütün şəhər və rayonlarını əhatə edəcəkdir.