Hotellərdə gecələyənlərin sayı artıb

Hotellərdə gecələyənlərin

Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan məlumatlara əsasən, 2026-cı ilin yanvar–mart aylarında ölkə üzrə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilən şəxslərin sayı artım göstərib.

Statistikaya görə, 2026-cı ilin ilk üç ayında hotellərdə ümumilikdə 476 min 524 nəfər yerləşdirilib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 min 985 nəfər çoxdur. Ötən ilin yanvar–mart aylarında bu rəqəm 471 min 539 nəfər təşkil etmişdi.

Hesabat dövründə hotellərdə yerləşdirilən şəxslərin 195 min 490 nəfəri Azərbaycan vətəndaşları, 281 min 34 nəfəri isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk rübündə hotellərdə qalan Azərbaycan vətəndaşlarının sayı 191 min 715 nəfər, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin sayı isə 279 min 824 nəfər olub.

MONETAR.AZ