2026-cı ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi artıb.
Məlumata görə, hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 739,7 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq ayı ilə müqayisədə real ifadədə 9,7 faiz çoxdur.
Hesablamalara əsasən, yanvar ayında ölkədə əhaliyə göstərilən ödənişli xidmətlərin orta gündəlik həcmi təxminən 23,9 milyon manat olub.
Qeyd olunub ki, göstərilən xidmətlərin əsas hissəsi hüquqi şəxslərin payına düşüb. Belə ki, hüquqi şəxslər tərəfindən əhaliyə 636,5 milyon manatlıq xidmət göstərilib. Bu isə gündə orta hesabla 20,5 milyon manat xidmət deməkdir.
Ümumilikdə hüquqi şəxslərin payı xidmətlərin 86,1 faizini təşkil edib. Qalan hissə isə fərdi sahibkarlar və digər fiziki şəxslər tərəfindən göstərilən xidmətlərin payına düşür.
MONETAR.AZ