Azərbaycana idxal olunan pendirin qiymətləri: ən ucuz və ən bahalı tədarükçülər

Azərbaycana idxal olunan pendirin qiymətləri:

 Azərbaycanın 2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrdən idxal etdiyi pendirin qiymətləri üzrə kəskin fərqlənir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, hesabat dövründə Azərbaycan 2 212,6 ton pendir idxal edib. İdxalın ümumi dəyəri 7,85 milyon ABŞ dolları təşkil edib.

Hesablamalara görə, idxal olunan pendirin orta qiyməti 1 kiloqram üçün təxminən 3,55 dollar olub. Bu isə təqribən 6 manat/kiloqram səviyyəsinə uyğun gəlir.

Ən böyük həcmdə pendir idxalı İran, Belarus, Litva, Almaniya və Ukraynadan həyata keçirilib. Ölkələr üzrə 1 kiloqram pendirin orta idxal qiyməti isə fərqli olub. Belə ki, İran pendirinin 1 kiloqramı orta hesabla 1,70 dollar (təxminən 2,9 manat), ABŞ mənşəli pendirin 1 kiloqramı isə 1,40 dollar (təxminən 2,4 manat) təşkil edib.

Digər ölkələr üzrə qiymətlər belə olub:

  • Belarus – 1 kq təxminən 6,52 dollar (11,1 manat);
  • Ukrayna – 6,55 dollar (11,1 manat);
  • Türkiyə – 6,62 dollar (11,3 manat);
  • Almaniya – 5,21 dollar (8,9 manat);
  • Litva – 6,99 dollar (11,9 manat);
  • Polşa – 5,55 dollar (9,4 manat);
  • Böyük Britaniya – 5,87 dollar (10 manat).

Avropa ölkələrindən idxal olunan bəzi pendir növlərində qiymətlər daha yüksək olub. İspaniya mənşəli məhsulun 1 kiloqramı təxminən 12,78 dollar (21,7 manat), Fransa pendiri 11,78 dollar (20 manat), İtaliya pendiri isə 17,13 dollar (29,1 manat) səviyyəsində hesablanıb.

Ən yüksək orta idxal qiyməti Belçika mənşəli pendirdə qeydə alınıb. Bu ölkədən gətirilən məhsulun 1 kiloqramı təxminən 23 dollar (39 manat) təşkil edib.

Statistik göstəricilər göstərir ki, böyük həcmdə idxal olunan İran mənşəli pendir daha aşağı qiymətə başa gəlib. Avropa ölkələrindən gətirilən məhsulların qiymətləri isə əsasən daha yüksək olub.

Qeyd edək ki, 2026-cı ilin ilk dörd ayında Azərbaycan 37,45 ton pendir ixrac edib. İxracın ümumi dəyəri 205,15 min ABŞ dolları olub. Əsas ixrac istiqaməti Gürcüstan olub.

MONETAR.AZ