Son iyirmi 25 il ərzində dünya neft bazarında bir sıra böyük qiymət şokları müşahidə olunub. Qiymətlərin qəfil artımı və enməsi, əsasən, geosiyasi gərginliklər, iqtisadi böhranlar və təbii fəlakətlərlə bağlı olub.
11 sentyabr 2001 – Nyu-York terror aktı
21-ci əsrin əvvəllərində Brent markalı neftin qiyməti təxminən 22 dollar səviyyəsində olub. 11 sentyabrda baş verən Nyu-York və Vaşinqtondakı terror aktları nəticəsində qiymətlər demək olar ki, yarıya düşərək 29,24 dollardan 16,36 dollara enib. Bu şok neft bazarının bərpası üçün uzun müddət tələb edib.
2006 – İsrail və “Hizbullah” qarşıdurması
2006-cı ilin iyul-avqust ayları ərzində Livandakı qarşıdurma Brent neftinin qiymətini 78,75 dollara qaldırsa da, ilin sonuna doğru qiymət 55 dollara qədər düşüb.
2008 – Qlobal maliyyə böhranı
2008-ci ilin iyulunda Brent nefti tarixi rekord səviyyə olan 148,4 dollara yüksəldi. Lakin həmin ilin sentyabrında Lehman Brothers bankının iflası ilə başlayan qlobal maliyyə böhranı nəticəsində qiymətlər dekabrda 36,2 dollara qədər azaldı.
2011-2012 – Avrozonada borc böhranı
2011-ci ilin aprelində Brent neftinin qiyməti 126,91 dollar təşkil etdi. Lakin Avropa borc böhranı səbəbindən 2012-ci ilin iyulunda qiymətlər 88,49 dollara endi.
2014-2016 – “Şell inqilabı” və OPEC+
ABŞ-da şell nefti istehsalının artması və OPEC ölkələrinin bazar payını qorumaq siyasəti 2014-cü ildə Brent neftinin qiymətini 115,71 dollardan 45,19 dollara qədər azaltdı. 2016-cı ilin sonunda OPEC+ formatı yaradıldı və hasilatın məhdudlaşdırılması üzrə razılıq əldə edildi.
2018 – ABŞ-dakı siyasət və OPEC+
2018-ci ilin dekabrında ABŞ-da 35 günlük hökumət bağlanması və iqtisadi zəifləmə səbəbindən Brent neftinin qiyməti 86,15 dollardan 50,22 dollara düşdü.
2019 – ABŞ-Çin ticarət müharibəsi
Ticarət müharibəsi Brent neftinin qiymətini 75,6 dollardan 55,88 dollara endirdi.
2020 – COVID-19 pandemiyası
Pandemiya səbəbindən neftə tələbat kəskin azaldı və apreldə Brent neftinin qiyməti 15,98 dollara qədər düşdü, ABŞ-da WTI nefti bir sıra kontraktlarda mənfi qiymətə keçdi (-37,63 dollar).
2022 – Rusiya-Ukrayna münaqişəsi
Fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi əməliyyatı nəticəsində Brent neftinin qiyməti 139,13 dollara yüksəldi. Lakin sanksiyalar və bazar tənzimləmələri ilə ilin sonunda qiymət 75 dollara endi.
2026 – Hörmüz boğazının bağlanması
Mart 2026-cı ildə ABŞ və İsrailin İran əleyhinə əməliyyatı, eləcə də Hörmüz boğazının bağlanması nəticəsində Brent neftinin qiyməti qısa müddətdə 119,5 dollara çatdı. Beynəlxalq Enerji Agentliyinin 32 ölkəsi 400 milyon barrel ehtiyat nefti bazara buraxmaq qərarına gəldi. Lakin geosiyasi gərginlik davam edir və qiymətlər yenidən maksimuma yüksələ bilər.
MONETAR.AZ