Avropada qaz qiymətləri Yaxın Şərq gərginliyi fonunda artır

Avropada qaz qiymətləri Yaxın Şərq gərginliyi

Avropada təbii qazın qiymətləri bugün yüksəlib. İnvestorlar Hörmüz boğazının davam edən blokadasını və ABŞ ilə İran arasında dalana dirənmiş sülh danışıqlarını qiymətləndirirlər.

Məlumatlara görə, Niderlandın TTF qaz habı üzrə fyuçers müqaviləsi 0,9% artaraq 44,83 avro/MVt-saat səviyyəsinə çatıb.

ABŞ prezidenti Donald Tramp İsrail və Livan arasında atəşkəsin üç həftə uzadıldığını açıqlayıb. Lakin Livanda fəaliyyət göstərən Hizbullah nümayəndələrinin danışıqlarda iştirak etməməsi razılaşmanın davamlılığı ilə bağlı suallar yaradır. Hətta açıqlamadan bir neçə saat əvvəl tərəflər arasında atışmaların qeydə alındığı bildirilir.

Bundan əvvəl Donald Tramp ABŞ və İran arasında qeyri-müəyyən müddətə atəşkəs elan etsə də, İran limanlarına qarşı blokadanı qüvvədə saxlayıb.

Gərginlik fonunda Tehran Hörmüz boğazı üzərində nəzarətini nümayiş etdirərək gəmilərə hücum edib və onları ələ keçirib. Bu su yolu dünya üzrə neft və maye qaz tədarükünün təxminən beşdə birinin keçdiyi strateji marşrutdur. ABŞ da öz növbəsində İran bayrağı altında üzən bəzi gəmiləri saxlayıb və hərbi dəniz qüvvələrinə mina yerləşdirməyə cəhd edən İran gəmilərinə qarşı sərt tədbirlər görmək tapşırılıb.

Bütün bunlar Avropaya qaz tədarükünü çətinləşdirib. Xüsusilə Fars körfəzində yerləşən əsas istehsal obyektlərinə hücumlar və Qətər kimi iri istehsal mərkəzlərindəki risklər vəziyyəti daha da ağırlaşdırır.

Nəticədə, TTF indeksi artıq bir neçə həftədir müharibədən əvvəlki səviyyədən xeyli yuxarı qalmaqda davam edir.

MONETAR.AZ