Qırğızıstan Çin üzərindən Pakistana yeni nəqliyyat dəhlizi açıb

Qırğızıstan Çin üzərindən Pakistana yeni nəqliyyat

Qırğızıstan Çin və Pakistanı birləşdirən yeni pilot nəqliyyat marşrutunu uğurla istifadəyə verib. Bu barədə ölkənin Nəqliyyat və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.

Marşrut Toruqart aşırımı sərhəd-keçid məntəqəsindən başlayaraq Kaşqar şəhərindən keçir, daha sonra Xuncerab aşırımı vasitəsilə İslamabad istiqamətində davam edir və sonda Karaçi limanına çatır. Marşrutun ümumi uzunluğu 3,3 min kilometr təşkil edir.

Layihə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı strategiyası çərçivəsində həyata keçirilib və ölkənin dünya dəniz limanlarına birbaşa çıxışını təmin etməyə yönəlib.

Yeni dəhlizin Qırğızıstan üçün logistika imkanlarını genişləndirəcəyi, xarici ticarəti canlandıracağı və dəniz limanlarına çıxışı təmin edəcəyi gözlənilir.