Türkiyənin hər yerində PUA operatorları üçün təlim mərkəzləri yaradılacaq

Türkiyənin hər yerində PUA operatorları üçün təlim mərkəzləri

Baykar Türkiyənin bütün ərazisində pilotsuz uçuş aparatlarının (PUA) operatorları üçün təlim mərkəzləri yaradacaq.

Bu barədə Haluk Bayraktar məlumat verib.

“Bizim məqsədimiz Türkiyənin hər yerində dronlarla işləmə üzrə təlim mərkəzləri yaratmaqdır. Bu mərkəzlərin ən böyüyünü İstanbulda açacağıq. Bu, gənclərimizin müasir texnologiyalar sahəsində hazırlıq almasına imkan verəcək”, — deyə o bildirib (IHA-ya istinadən).

Bayraktarın sözlərinə görə, təlim mərkəzləri Türkiyənin 81 vilayətinin hər birində yaradılacaq. Layihənin maliyyələşdirilməsi isə 5–9 may tarixlərində İstanbulda keçiriləcək SAHA Expo 2026 çərçivəsində bağlanacaq beynəlxalq müdafiə və aerokosmik sifarişlər hesabına həyata keçiriləcək.

MONETAR.AZ