Azərbaycana güclü yağışlar yaxınlaşır

Azərbaycana güclü yağışlar

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında 27–28 aprel tarixlərində yağıntılar gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, bəzi ərazilərdə qısamüddətli leysan yağışları, şimşək çaxması və dolu ehtimalı var. Yüksək dağlıq zonalarda isə qar yağacağı proqnozlaşdırılır.

Bundan əlavə, Böyük və Kiçik Qafqazın çaylarında suyun səviyyəsinin yüksələcəyi, bəzi yerlərdə isə qısamüddətli sel hadisələrinin baş verə biləcəyi bildirilir.