Taylandda xarici turistlərin sayı bu ilin əvvəlindən etibarən ötən ilin eyni dövrü ilə müqayisədə 3,34% azalıb. Bu barədə ölkənin Turizm Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 1 yanvar – 19 aprel tarixləri arasında ölkəyə təxminən 10,83 milyon xarici turist səfər edib.
KKP Research-un hesabatına əsasən, 2026-cı ildə Taylanda gələn turistlərin sayının 35,1 milyondan 31,2 milyona düşəcəyi gözlənilir. Bu azalma əsasən səyahət xərclərinin artması və istehlakçı inamının zəifləməsi ilə izah olunur.
Reuters xəbər verir ki, mart ayında İranın hücumları nəticəsində regiondakı hava limanlarının bağlanması səbəbindən Körfəz ölkələrindən gələn turist axını demək olar ki, sıfıra enib.
Turizm sektorunun əsas dayaqlarından biri olan Malaysia-dan gələn turistlərin sayı da azalır. Yüksək yanacaq qiymətləri bu ölkədən turistlərin avtomobillə Taylanda səfər etməsinə mane olur.
Qeyd edək ki, pandemiyadan əvvəl 2019-cu ildə Tayland illik demək olar ki, 40 milyon turist qəbul edərək rekord göstəriciyə nail olmuşdu.