Nissan Toyota Land Cruiser Pradoya yeni rəqib tapıb

Nissan Toyota Land Cruiser Pradoya

Nissan Pekində keçirilən avtosalonda məşhur Terrano modelini yenidən canlandıraraq yeni konsept hibrid yolsuzluq avtomobili — Nissan Terrano PHEV modelini təqdim edib. Model Dongfeng Nissan birgə müəssisəsi tərəfindən hazırlanıb və yalnız Çin bazarı üçün deyil, qlobal satış üçün nəzərdə tutulur.

Yeni model haqqında texniki detallar hələ məhduddur. Gözlənilir ki, avtomobil Nissan Frontier Pro ilə eyni çərçivə (ramalı) platformadan istifadə edəcək. Bu isə o deməkdir ki, o, 1,5 litrlik dörd silindrli mühərrik və elektrik motorundan ibarət, ümumi gücü təxminən 435 at gücü (800 Nm) olan hibrid güc qurğusu ilə təchiz oluna bilər.

Dizayn baxımından Nissan Terrano PHEV kifayət qədər aqressiv və “off-road” yönümlüdür: yüksək klirens, iri təkər tağları, ehtiyat təkər üçün xüsusi nişli arxa qapı, damda LED işıqlandırma və nərdivan kimi elementlər diqqət çəkir. Profil görünüşündə isə avtomobil həm Land Rover modellərini, həm də Toyota Land Cruiser PradoJetour T2 kimi yolsuzluq avtomobillərini xatırladır.

Gözləntilərə görə, bəzi bazarlarda model Nissan Patrol ilə Nissan X-Trail arasında mövqe tutacaq və onun əsas rəqiblərindən biri Toyota Land Cruiser 250 olacaq.

   

MONETAR.AZ