Bakının mərkəzində üç küçədə hərəkət məhdudlaşdırılacaq

Bakının mərkəzində üç küçədə hərəkət

Bakıda qarşıdakı həftəsonu təmir işləri ilə əlaqədar iki küçə və bir prospektdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, asfalt-beton örtüyünün yenilənməsi aşağıdakı ərazilərdə aparılacaq:

  • Səməd Vurğun küçəsi (Salatın Əsgərova və Füzuli küçələri arasında)
  • Rəşid Behbudov küçəsi (28 May və Şəmsi Bədəlbəyli küçələri arasında)
  • Heydər Əliyev prospekti (Müzəffər Nərimanov və Ələsgər Qayıbov küçələri arasında, şəhər istiqamətində – əsas və köməkçi yollar)

Təmir işləri aprelin 24-ü saat 23:00-da başlayacaq və aprelin 26-sı saat 07:00-dək davam edəcəyi gözlənilir. Rəşid Behbudov küçəsində isə hazırlıq mərhələsi daha erkən başlayacaq.

Agentlik bildirib ki, işlərin mərhələlərinə uyğun olaraq qeyd olunan ərazilərdə nəqliyyatın hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.