Maroş Şefçoviç bildirib ki, o və ABŞ-ın ticarət naziri Hovard Lutnik Vaşinqtonda keçirilən görüş zamanı polad məhsulları üzrə danışıqları sürətləndirmək barədə razılığa gəliblər.
Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı bu sahədə eyni problemlə üzləşir. Qlobal bazarda böyük həcmdə artıq istehsal gücü mövcuddur.
Maroş Şefçoviç ABŞ tərəfinə təklif edib ki, tərəflər öz polad sənayesini qorumaq və qarşılıqlı olaraq daha əlverişli ticarət şərtləri formalaşdırmaq ideyasına qayıtsınlar. Onun sözlərinə görə, polad məsələsi amerikalı rəsmilərlə müzakirələrin əsas mövzularından biri olub.
Komissar həmçinin ABŞ-ın maliyyə naziri Skott Bessent ilə görüşərək enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı müzakirə edib. Görüşdə gübrə tədarükündəki fasilələr və Afrikadakı narahatedici vəziyyət də gündəmə gətirilib.
Kritik minerallar məsələsinə toxunan Maroş Şefçoviç bildirib ki, koordinasiyanın gücləndirilməsi üçün bir neçə pilot layihə təklif edib və yaxın vaxtlarda bu istiqamətdə konkret təşəbbüslərin irəli sürülməsi gözlənilir.
MONETAR.AZ