Çin bəzi Avropa şirkətlərinə ixracı məhdudlaşdırıb

Çin bəzi Avropa şirkətlərinə

Çin yeddi Avropa təşkilatını ixrac nəzarəti siyahısına daxil edib. Bloomberg xəbər verir ki, bu addım milli təhlükəsizlik maraqları və həmin şirkətlərin Tayvana silah tədarükündə iştirakı ilə əsaslandırılıb.

Çin Ticarət Nazirliyi tərəfindən açıqlanan qərar dərhal qüvvəyə minib. Sənədə əsasən, bu şirkətlərə Çin mənşəli ikili təyinatlı məhsulların ixracı qadağan edilir və onlarla bağlı bütün mövcud əməliyyatlar dayandırılmalıdır.

Siyahıya Almaniyanın Hensoldt AG (radar və sensor texnologiyaları istehsalçısı), həmçinin Belçikanın FN HerstalFN Browning Group kimi iri silah istehsalçıları daxildir.

Bundan əlavə, Çexiyadan dörd təşkilat, o cümlədən Excalibur ArmyOmnipol də məhdudiyyətlərə məruz qalıb.

Qərara əsasən, həmçinin hər hansı xarici təşkilat və ya fiziki şəxsə bu siyahıya daxil edilmiş şirkətlərə Çin istehsalı ikili təyinatlı məhsulların ötürülməsi qadağan olunur.

Rəsmi nümayəndə bildirib ki, Pekin bu addım barədə Avropa İttifaqını əvvəlcədən məlumatlandırıb. O, qərarın konkret hərbi sahə ilə bağlı təşkilatlara yönəldiyini vurğulayaraq qeyd edib ki, bu məhdudiyyətlər ümumilikdə Çin–Aİ ticarətinə təsir etməyəcək və “qanunlara əməl edən” şirkətləri əhatə etmir.

MONETAR.AZ