Azərbaycan Respublikasının Nazirlər Kabineti çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən halları təsdiqləyib. Müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, müəyyən hallarda çoxmənzilli binaların layihələndirilməsi zamanı hər bir mənzildə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə veriləcək.
Belə ki, bu aşağıdakı hallarda mümkün olacaq:
- Bina 5 mərtəbədən yüksək olmadıqda;
- Tikinti aparılan ərazidə qaz təchizatı nəzərdə tutulmadıqda;
- İstilik fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edildikdə.
Yeni qaydaların məqsədi alternativ enerji mənbələrinin istifadəsini genişləndirmək və bəzi ərazilərdə istilik təminatını daha çevik şəkildə təşkil etməkdir.