ABŞ və Aİ kritik minerallar üzrə saziş imzalayıb

ABŞ və Aİ kritik minerallar üzrə

Marko RubioMaroş Şefçoviç kritik mineralların istehsalı və təchizatı sahəsində tərəfdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Sənəd ABŞ ilə Avropa İttifaqı arasında bu sahədə əməkdaşlığın əsas çərçivəsini müəyyən edir və təchizat zəncirlərinin təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.

Vaşinqton xüsusilə nadir torpaq elementləri daxil olmaqla kritik mineralların ehtiyatlarına çıxışı genişləndirməyə çalışır. Hazırda bu sahədə əsas nəzarət Çin şirkətlərinin əlindədir.

Marko Rubio çıxışında Çinin adını birbaşa çəkməsə də, qeyd edib ki, bu razılaşma Qərb müttəfiqləri arasında kritik mineralların iqtisadi əhəmiyyətinə dair artan anlayışı əks etdirir.

Onun sözlərinə görə, resursların bir və ya iki mənbədə cəmləşməsi qəbuledilməz risk yaradır və təchizat zəncirlərinin diversifikasiyası vacibdir.

Memorandum gələcəkdə istehsalın artırılması, tədarükün sabitliyi və bu sahədə təhlükəsizliyin təmin olunması üçün ABŞ və Aİ arasında daha sıx əməkdaşlığa zəmin yaradır.

MONETAR.AZ