Avropa Komissiyası yeni - 20-ci sanksiyalar paketi çərçivəsində Avropa şirkətlərinə Rusiyaya tanker satmağı qadağan edib. Bu barədə Avropa Komissiyası tərəfindən yayılan bəyanatda bildirilib.
Sənədə əsasən, Aİ ölkələrində fəaliyyət göstərən şirkətlər tanker satışı zamanı onların Rusiyada istifadə olunmasının qarşısını almaq üçün xüsusi məhdudiyyətlər tətbiq etməlidirlər. Bu məqsədlə satış müqavilələrinə “Rusiya üçün deyil” maddəsinin daxil edilməsi tələb olunur.
Eyni zamanda, Avropa İttifaqı “qara siyahı”ya salınmış tankerlərin utilizasiyası və istismardan çıxarılması prosedurlarını sadələşdirdiyini də açıqlayıb.
Qeyd edək ki, bu addım Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlərin genişləndirilməsi çərçivəsində həyata keçirilir və əsas məqsəd enerji daşımaları ilə bağlı imkanların məhdudlaşdırılmasıdır.
MONETAR.AZ