Dünya əmtəə və kriptovalyuta bazarlarında qiymətlərin əksəriyyəti geriləyib. Son məlumatlara görə, metallardan titan və gümüş, kənd təsərrüfatı məhsullarından yulaf, kriptovalyutalardan isə “Ether” və “Binance Coin” daha çox ucuzlaşan aktivlər sırasında yer alıb.
Monetar.az xəbər verir ki, kriptovalyuta bazarında “Ether” və “Binance Coin”in qiyməti 1,24%, “Bitcoin”in qiyməti isə 0,73% azalıb.
Əmtəə bazarında kənd təsərrüfatı məhsulları arasında ən böyük ucuzlaşma yulafda qeydə alınıb. Onun qiyməti 1,91% geriləyib. Taxta materialları 1,82%, pambıq isə 1,76% ucuzlaşıb. Kauçuk isə 1,34% bahalaşaraq bu qrupda artım göstərən məhsul olub.
Metallar bazarında daha kəskin eniş müşahidə edilib. Titanın qiyməti 4,88%, gümüşün qiyməti 3,69%, dəmir filizinin Çin bazarındakı qiyməti 3,21% azalıb. Qızıl da 0,94% ucuzlaşıb. Alüminium ərintisi isə 0,69% bahalaşıb.