Qızılın qiyməti bir il əvvəlki səviyyəyə düşdü

Qızılın qiyməti bir il əvvəlki

Qızılın bir troya unsiyasının qiyməti 3 880 dollardan aşağı enərək 2025-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə düşüb. ABŞ dollarının möhkəmlənməsi və FED-in faizləri artıracağına dair gözləntilər qiymətlərə təzyiq göstərib.

Monetar.az xəbər verir ki, bazar ertəsi qızılın ucuzlaşmasına FED rəsmilərinin inflyasiya ilə bağlı sərt açıqlamaları da təsir edib.

İnvestorlar FED-in dekabr iclasında faiz dərəcəsini 0,25, yoxsa 0,50 faiz bəndi artıracağını qiymətləndirirlər. CME-nin FedWatch alətinin məlumatına görə, bazar iştirakçıları 0,25 faiz bəndi artım ehtimalını 90%-dən yüksək hesab edirlər.

Kanzas-Siti FED-nin rəhbəri Ceff Şmid inflyasiyanın hələ də yüksək olduğunu bildirib. San-Fransisko FED-nin rəhbəri Meri Deyli isə xüsusilə xidmət sektorunda qiymət təzyiqlərinin davam etdiyinə diqqət çəkib.

İnvestorlar bu həftə FED rəsmilərinin çıxışlarını və oktyabr iclasının protokolunun açıqlanmasını gözləyirlər. Bu məlumatların qurumun gələcək pul siyasəti ilə bağlı əlavə siqnallar verəcəyi gözlənilir.