Qlobal şokolad sənayesində kakao gərginliyi

Qlobal şokolad sənayesində

ABŞ-ın aparıcı maliyyə konqlomeratlarından biri olan Wells Fargo, qlobal kakao bazarı ilə bağlı strateji hesabatını yeniləyib. Analitiklərin rəyinə görə, dünya birjalarında kakao ehtiyatlarının kritik dərəcədə aşağı səviyyədə qalması kotirovkaların uzunmüddətli perispektivdə yüksək həddə dəstəklənməsinə rəvac verir.

Qlobal birjalarda bir metrik ton kakaonun qiyməti uzun müddət hər ton üçün 2 000 – 3 000 dollar arasında stabil qalaraq istehsalçılar üçün proqnozlaşdırıla bilən xərc mühiti yaradıb. Qərbi Afrikadakı məhsul qıtlığı və iqlim böhranı səbəbindən qiymətlər astronomik sürətlə artaraq tarixi rekord vurur və 13 000 dollara yaxınlaşıb. Bazarda bir neçə il yüksək qalan kotirovkalar, tədarük zəncirinin qismən bərpası ilə yenidən təxminən 3 000 dollar səviyyəsinə qədər geriləyib. Ehtiyatların aşağı səviyyədə qalması və yeni iqlim təhlükələri səbəbindən qiymətlər son minimumlardan qoparaq yenidən yuxarıya doğru hərəkət etməyə başlayıb.

Wells Fargo-nun təhlilinə görə, yeni El-Ninyo dalğası baş verərsə, qlobal kakao ehtiyatlarının emal həcminə nisbəti 23,8%-ə enə bilər (bu, 2024-cü ilin rekord minimumu olan 26,5%-dən də aşağıdır).
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hesabatına görə, bu il kakao yetişdirilən əsas bölgələrdə (Qərbi Afrika) isti və quraq hava şəraiti yaradan El-Ninyo fenomeninin baş vermə ehtimalı 80%-dir. Bu iqlim hadisəsi 2016 və 2024-cü illərdə də istehsalı kəskin azaltmışdı.

Dünyanın ən böyük kakao emalçısı olan şirkət iqlim risklərini yaxından izlədiyini bildirsə də, hələlik cari il üzrə qlobal bazarda kakao profisiti (təklif çoxluğu) gözləntisini saxlayır.

Şirkət investorlar üçün xüsusilə Mondelez International səhmlərini üstün seçim kimi qiymətləndirir. Wells Fargo hesab edir ki, forvard qiymət əyrilərinə əsasən, Mondelez-in kakao tədarükü üzrə xərcləri 2027-ci ildə illik müqayisədə təxminən 37% azala bilər.

MONETAR.AZ