Volkswagen Çində yenidən birinci yerə yüksəldi, BYD dördə düşdü

Volkswagen Çində yenidən birinci yerə yüksəldi, BYD

Volkswagen 2026-ilin ilk iki ayında Çin minik avtomobili bazarında yenidən lider mövqeyini bərpa edib yerli elektromobil istehsalçısı BYD-ni geridə qoyub. Bu barədə China Passenger Car Association məlumat yayıb.

Volkswagen-in FAW Group SAIC Motor ilə birgə müəssisələri yanvar-fevral aylarında satış həcminə görə ölkənin minik avtomobili bazarının 13,9%-ni tutub.

İkinci yerdə 13,8% payla Geely qərarlaşıb.

Toyota-nın GAC Group FAW Group ilə birgə müəssisələri isə bazarın 7,8%-ni ələ keçirib.

2024-ildə satış həcminə görə Volkswagen-i geridə qoyaraq Çinin ən böyük avtomobil istehsalçısı olan BYD isə bu ilin yanvar-fevral aylarında 7,1% bazar payı ilə dördüncü yerə düşüb. Şirkət pandemiya dövründən bəri ən böyük satış azalması ilə üzləşib.

Bazar dinamikasındakı dəyişiklik bir neçə amillə bağlıdır:

  • elektromobillərin alınmasına tətbiq edilən vergi güzəştlərinin müddətinin bitməsi,

  • Çin hökumətinin köhnə avtomobillərin elektromobillərlə dəyişdirilməsi üçün subsidiyaları azaltması.

Bu dəyişikliklər nəticəsində ən böyük avtomobil bazarında ənənəvi avtomobil istehsalçıları yenidən güclənməyə başlayıb. Halbuki son illərdə onlar elektromobil seqmentində yerli istehsalçılarla rəqabətdə çətinlik çəkirdilər.

Cui Dongshu, China Passenger Car Association-ın baş katibi bildirib ki, xüsusilə Toyota-nın ixtisaslaşdığı hibrid elektromobillər subsidiyaların azalması fonunda bəzi alıcıları plug-in hibrid modellərdən özünə cəlb edib.

Nəticədə əsasən büdcə elektromobilləri plug-in hibridlər istehsal edən yerli şirkətlər subsidiyaların azaldılmasından ən çox zərər görən tərəf olub.

MONETAR.AZ