“Gəncə Sukanal” ASC ləğv olunduğunu elan edib

“Gəncə Sukanal” ASC ləğv olunduğunu

Ləğv edilmiş Azərsu ASC-nin tabeliyində fəaliyyət göstərən “Gəncə Sukanal” ASC ləğv olunduğunu elan edib.

Bu barədə məlumat Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində dərc olunub. Məlumatı həmçinin Report İnformasiya Agentliyi yayıb.

Bildirilib ki, “Gəncə Sukanal” ASC-nin kreditorları iki ay müddətində öz tələblərini Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 76 ünvanına təqdim edə bilərlər.

Xatırladaq ki, İlham Əliyevin 30 mart 2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanına əsasən su təsərrüfatı sahəsində idarəetmə sistemi yenidən təşkil olunub.

Həmin fərmanla Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin bazasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Eyni zamanda, “Azərsu” ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC yeni yaradılan agentliyin tabeliyinə verilib.

MONETAR.AZ